Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 116 103 şübhəli koronavirus testindən keçib, onlardan 1693-nün cavabı pozitiv çıxıb, 1311 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1408  nəfər olub.   
Türkiyədə ümumilikdə 342 143 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9080 nəfər ölüb.