“İşğaldan azadetmə əməliyyatımız uğurla davam edir və bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Habertürk” televiziya kanalına verdiyi müsahibəsi zamanı deyib. O bildirib ki, bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək.