“Ermənistanın bu xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Habertürk” televiziya kanalına verdiyi müsahibəsi zamanı deyib. O bildirib ki, Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək istəyir: “Məhz buna görə Ermənistan, ərazisindən Azərbaycan torpaqlarını və mülki əhalini atəşə tuturlar. Və bizi cavab atəşi verməyə təhrik edirlər. Fəqət mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdən keçirildi və bizim dəqiq, sərrast atışlarımız o hədəfləri məhv etdi”.