Dünən Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələrdən biri həbs olunub. Aksiyada iştirak edən Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ikinci kurs tələbəsi Rüstəm İsmayılbəyli Təhsil Nazirliyinin vəzifəli şəxslərinin qəbulundan çıxdıqdan sonra 6 nəfər tələbə ilə birlikdə saxlanılıb. Polisin təqdimatı ilə barəsində inzibati həbs cəzası verilməsi üçün R.İsmayılbəyli Nərimanov rayon məhkəməsinə aparılıb.​

Məhkəmənin qərarı ilə tələbə Rüstəm İsmayılbəyli 15 sutka inzibati qaydada həbs edilib. Digər 6 tələbə isə 100-200 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, tələbələrin dərs keçirilməyən ikinci semestr üçün ödənişin və imtahanların ləğv olunmasını tələb ediblər.