Cənubi Koreyada son bir gündə COVID-19-a 38 yeni yoluxma qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz bildirib.

Mərkəzin məlumatına görə, bununla da ölkədə virusa yoluxanların ümumi sayı​ 11 541-ə çatıb. Qeyd edilir ki, COVID-19-a yoluxmuş ümumilikdə​ 10 446​ pasiyent sağalıb.

Cənubi Koreyada​ 272 insan​ pandemiyanın qurbanı olub.Son zamanlar Cənubi Koreyada COVID-19-a gündəlik​ 30-80 yoluxma​ qeydə alınır. Hərçənd aprelin əvvəllərindən yeni yoluxma hallarının sayı gündə tədricən 10-20 hala qədər azalıb.​