Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 1-ə​ olan statistik göstəriciləri açıqlayıb.

“Report” xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı​ 4 285​ test edildiyi bildirilib. Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə​ 302 933​ test aparılıb.

​Hazırkı dövrədək ölkəmizdə​ 5 662​ nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan​ 3 508​ nəfər müalicə olunaraq sağalıb,​ 68​ nəfər vəfat edib,​ 2 086​ nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən​ 55​ nəfərin vəziyyəti ağır,​ 69​ nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.​