Fransada turistlərin üz tutduqları istirahət mərkəzləri, kempinqlər, o cümlədən, restoran və barlar iyun ayından fəaliyyətə başlayacaq.

Bu barədə “The Local” nəşri məlumat yayıb. Fransanın Baş naziri Eduard Filipp pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasının ikinci mərhələsində restoran və turizm biznesi üçün qaydaların yüngülləşdiriləcəyini bildirib.

Baş nazir əlavə edib ki, iyun ayında restoran, bar, kafe, hotel və digər turizm müəssisələri açılmağa başlayacaq. Lakin təhlükəsizlik şərtlərinə ciddi əməl edilməlidir.

Bundan əlavə, iyunun 2-dən etibarən insanların Fransa daxilində səyahətinə icazə veriləcək. Son rəqəmlərə əsasən, Fransada 188 625 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 28 771 nəfər virusun qurbanı olub.