Rusiyada son sutka ərzində 9 268 nəfərdə koronavirusa yoluxma aşkar edilib.“İnterfaks” xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 405 843 nəfərə çatıb.

Rusiya virusa yoluxma sayına görə ABŞ və Braziliyadan sonra üçüncü yerdədir. Son sutka ərzində koronavirusa yoluxmuş 138 şəxs həyatını itirib, bununla da virusdan ölənlərin ümumi sayı 4 693 nəfər təşkil edib. 171 883 nəfər isə müalicə olunaraq sağalıb.