Almaniya Federativ Respublikasında (AFR) bir gündə yeni koronavirusa yoluxanların sayı daha​ 738​ nəfər artıb,​ 39​ insan ölüb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, AFR-də bütün vaxt ərzində virusa​ 181​ 196​ yoluxma qeydə alınıb. COVID-19-dan​ 8 489​ pasiyent ölüb. Qeyd edilir ki, ölkədə virusa yoluxmuş​ 165​ minə yaxın pasiyent sağalıb.

Almaniyada koronavirusa ən çox yoluxma halları​ Bavariya​ da qeydə alınıb. Burada​ 46 854​ nəfər COVID-19-a yoluxub.​ Şimal​ ReynVestfaliya​ da​ 37 910,​ BadenVürtemberqdə​ 34​ 718​ nəfər virusdaşıyıcısı hesab edilir.​ Berlində koronavirusa​ 6 767​ yoluxma qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.