Yaponiya hökuməti koronavirus epidemiyasına görə elan edilmiş fövqəladə vəziyyəti rejimini ləğv edib. Bu barədə TASS məlumat yayıb.

Bu gündən ölkənin beş prefekturasında – Tokio, Kanaqava, Saytama, Tiba və Hokkaydoda fövqəladə vəziyyət rejimi ləğv olunub.

“Fövqəladə vəziyyət rejimi bütün ölkə üzrə ləğv olunur”, – deyə Yaponiyanın Baş naziri Şinzo Abe bildirib. Xatırladaq ki, buna qədər 47 prefekturanın 42-də fövqəladə vəziyyət rejimi aradan qaldırılmışdı.