Fransada son sutka ərzində 186 nəfər koronavirus infeksiyasının səbəb olduğu xəstəlikdən dünyasını dəyişib. Ölkədə bu virusdan ölənlərin ümumi sayı 860 nəfərdir. APA “TASS”-a istinadən xəbər verir ki, bunu Fransanın Səhiyyə naziri Olivye Veran mətbuat konfransında deyib. “Ümumilikdə koronavirusa yoluxanların sayı 19856 nəfərdir, 860 nəfər ölüb, ümumilikdə 8675 nəfər xəstəxanaya yerləşdirilib, 2082 nəfər reanimasiyadadır”, – nazir belə deyib.​