Koronavirusun Türkiyəyə yayılması geniş kütlələrin birgə mövcud olduğu həbsxanaları gündəmə gətirdi. Ümumilikdə, ölkənin 375 həbsxanasında 300 minə yaxın məhbus var, onlardan 2 500-i uşaq, anasının yanında qalan uşaqların sayı isə 780 – dir. Bundan başqa, həbsxanalarda qalan 1333 xəstədən 457-si ağır xəstədir. Bütün bunlar həbsxanalarda koronavirusun hansı nəticələrə səbəb olacağından xəbər verir. ​

Azərbaycanlı iş adamı, «Palmalı» şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun gözlənilməz həbsindən sonra tələm —​ tələsik (!) Türkiyənin ən sıx və ən qatı cinayətkarların cəza çəkdiyi Silivri həbsxanası,​ koronovirusun dünyanı təhdit etdiyi günlərdə Türkiyədə ən çox müzakirə edilən mövzularından biridir. Müxalif siyasilər, millət vəkilləri burada cəza çəkən uşaqları, uşaqlı anaları, qocaları və ağır xəstələri təcili azad etməyə çağırırlar.​

Türkiyənin ən böyük həbsxanalarından biri, İstanbul vilayətinə bağlı Silivridə yerləşən Silivri qapalı həbsxanasında 11 min məhbus üçün nəzərdə tutulsa da, burada 23 mindən artıq məhkum cəza çəkir. 23 nəfərlik kameralarda 46 —​ 48 məhkumun qaldığı kameralarda antisanitariya hökm sürür. 13 adamlıq duş və ayaqyolundan 30 —​ a yaxın məhkum istifadə edir.​​Kocaelidən olan Millət vəkili və insan haqları kommisiyasının üzvü Ömər Faruk Gərdərlioğlu​ bu günlərdə Ədliyyə Nazirliyinə müraciət edərək, onları koronovirusun bu həbsxanaya keçməsindən öncə təcili tədbirlər görməyə çağırdı. Onun fikrincə karantin kameralar yaratmaq vəziyyətdən çıxış yolu deyil. /Neytralinfo/