İtaliyanın Baş Naziri Cuzeppe Konte ölkədə ilk tələbat məhsullarına aid olmayan bütün istehsal müəssisələrinin bağlandığını elan edib. Trend-in məlumatına görə, Baş Nazir bu barədə “Facebook”da xalqa müraciətində deyib. “Biz İtaliyada yalnız ilkin tələbat məhsulları istisna olmaqla bütün istehsal fəaliyyətini dayandırmağı qərara aldıq”, – C.Konte bildirib. “Fövqəladə sanitar vəziyyət fövqəladə iqtisadi vəziyyətə çevrilir, amma biz bunun öhdəsindən gələcəyik”, – deyə Baş Nazir əlavə edib. O vurğulayıb ki, məhdudiyyətlər ərzaq mağazalarının və apteklərin işinə aid deyil.​