“Bükülən” “Galaxy Fold”un ictimaiyyətə təqdim edilməsi qatlanan smartfonların yaxın gələcəkdə hansı səmtdə inkişaf edəcəyi barədə müəyyən bir fikir formalaşdırmağa imkan yaratdı. Lakin “Galaxy Z Flip” dünyaya tanıdılandan sonra bir daha əmin olduq ki, “Samsung” innovasiyaları bizi hələ də təəccübləndirməyə qadirdir. Belə ki, smartfonun səciyyələndirdiyi yeni qatlanan cihaz xətti hətta ilk baxışdan belə əvvəlki modellərdən fərqlənir, buna misal olaraq “Galaxy Fold” şaquli “bağlandığı” halda, Z Flip üfüqi “bükülür”. Həmçinin, indi smartfon toz və kir hissəciklərinin işlək mexanizmə daxil olmasının qarşısını alan xüsusi neylon liflərdən ibarət oynaqla təchiz edilib. Yeni smartfon ideal ölçülərə malikdir və yığcamdır, qatlandıqda isə rahatlıqla cibinizə və ya ovucunuza yerləşə bilir. Qatlanan panel 21:9 nisbətində, Full HD + icazəli və HDR10 + texnologiyasını dəstəkləyən 6.7 Dinamik AMOLED ekran ilə təchiz olunub. “Galaxy Z Flip”in əyilən sərhədsiz ekranı canlı rənglərlə ifadə edilən məzmundan zövq almanız üçün yaradılıb.

Sözügedən bu displey zərərli şüa miqdarını minimallaşdıraraq, gözlərə tətbiq olunan təzyiqi azaldır. Həmçinin, yeganə “oyuğu” 10 MP-lik ön kamera üçün nəzərdə tutulmuş ekranın kiçik ölçülü çərçivələri sayəsində displey üzərində baş verənlərin ab-havasına rahatlıqla dalmağa imkanı yaradır.  Əlavə olaraq, “Galaxy Z Flip” geniş və baxış bucağı 123 dərəcə təşkil edən ultrageniş obyektivlə təmsil olunan ikili modullu əsas kamera ilə təchiz edilib. Hər iki kamera 12 MP icazəyə malik olub, fərqli apertura ilə ifadə olunub. Belə ki, geniş bucaqlı sensor – f/1.8, OIS, ultra geniş bucaqlı isə – f/2.2 işıq gücünə sahibdir.

Sözügedən kameralar “Hands-free”, “Night Camera” və “Quick Selfie” kimi bir neçə rejimdə məzmun çəkməyə imkan verir. Adından da göründüyü kimi, “Hands-free” kamera rejimi smartfonu əlinizdə tutmadan selfi çəkməyə və videozəng vasitəsi ilə əlaqə yaratmağa kömək edir. Belə ki, sadəcə smartfonunuzu hər hansı bir səthə yarıaçıq halda qoyaraq, ünsiyyət azadlığından zövq ala biləcəksiniz. Gecə çəkilişi rejimi isə yalnız günün işıqlı vaxtında deyil, həm də gecə vaxtı yüksək keyfiyyətli şəkillər çəkməyə kömək edir. Beləliklə, avtomatik olaraq eyni anda bir neçə şəkil qeydə alan smartfon onları mükəmməl bir təsvirdə birləşdirərək, sizə ideal nəticə təqdim edir. Həmçinin, burada siz Night Giperlaps və ştativ rolunu oynayan xüsusi ekran fiksasiya mexanizminin köməyi ilə gecə çəkilişini yenidən kəşf edə biləcəksiniz. Smartfonun təchiz edildiyi xüsusi kiçik “ekran” sayəsində isə siz “Quick Selfie” rejimindən də yararlana bilərsiniz. Beləliklə, diaqonalı 1,1  təşkil edən “kiçik” ekran sayəsində, siz əsas kamera ilə çəkilmiş selfilərin nəticəsini real zaman çərçivəsində görə bilərsiniz. 300 x 112 piksel icazəsi olan Super AMOLED ekran sadəcə, mükəmməl selfi yaratmaq üçün əla köməkçi deyil, həm də üzərində tələb olunan məlumatı əks etdirən lövhədir. Burada hətta smartfon “qatlandıqda” belə, bildirişlər “mini ekran” üzərində qeyd olunur. Belə ki, sözügedən displey vasitəsi ilə enerji sərfiyyatına qənaət edərək, smartfonu açmadan zəngləri qəbul etmək, hazır mesajlar vasitəsi ilə isə ismarıcları cavablandırmaq mümkündür.  Enerji sərfiyyatından söz açmışkən, qeyd etmək lazımdır ki, enerji istifadəsinin tənzimlənməsi üçün süni zəka tərəfindən icra edilən smartfonda 3300 mAh tutumlu batareya quraşdırılıb.

 
Smartfon eyni anda birdən çox proqramı işə salmağa və istənilən sayda video çəkməyə imkan yaradan, sürətli işləmə prosesini təmin edən 8 QB operativ və 256 daxili yaddaş ilə təchiz edilib. Qeyd edək ki, Z Flip bir neçə proqramdan eyni anda yararlanmaq üçün ideal smartfondur, belə ki,  xüsusi “qatlanan” konstruksiyası sayəsində siz həm dostlarınızla mesajlaşa, həm də sevdiyiniz filmdən zövq ala bilərsiniz. “Galaxy Z Flip” hətta ən tələbkar istifadəçiləri belə təəccübləndirməyə qadir olan, güclü içlikli və inanılmaz dizaynı olan orijinal bir smartfondur. Qeyd edək ki, “qatlanan” smartfon artıq Azərbaycan bazarında da mövcuddur və qiyməti 3,499 AZN təşkil edir.  “Galaxy Z Flip” haqqında ətraflı məlumat üçün Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.