Hollivud aktrisası Qal Qadot Con Lennonun “İmagine” mahnısının yeni variantı olan video yayımlayıb. REN TV-nin xəbərinə görə, ölümsüz hitdə Natali Portman, Vil Ferel, Emi Adams, Mark Ruffalo, Zoe Kravits, Linda Karter, Eşli Benson, Nora Jons, Jimi Fallon, Kara Delievin və digər hollivud ulduzları ifa ediblər. Onların çoxu mahnını COVID-19 pandemiyası səbəbindən olduqları karantin şəraitində oxuyublar.