TASS xəbər verir ki, Tibet Muxtar rayonunda 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Yerli vaxtla 09:33-də Şiqadze şəhəri yaxınlığında baş verən təkanların episentri yerin 10 km dərinliyində olub. Dağıntı və tələfat barədə məlumat verilmir. Qeyd edək ki, zəlzələ baş verən ərazidə 845 000 insan yaşayır.