ABŞ-ın “Apple” şirkəti yeni növ koronavirusla mübarizədə İtaliyaya kömək edəcək. APA​ “TASS”-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Tim Kuk özünün “Twitter” səhifəsində yazıb. “Bir-birimizə dəstək hazırda olduğu qədər heç vaxt vacib olmayıb. Biz tibbi avadanlıq və ləvazimatlar da daxil olmaqla İtaliyanın Mülki Müdafiə İdarəsinə mühüm yardım göstərəcəyik”, – Kuk belə deyib.​ Martın 13-də “Apple” dünyada koronavirus pandemiyasına qarşı mübarizə üçün cəmi 15 milyon dollar ayırdığını açıqlamışdı.