Neftçala rayonunda çay evində kişi meyiti aşkarlanıb. “Report”un xəbərinə görə, hadisə martın 17-si saat 11:30 radələrində rayonun “Mədəniyyət və İstirahət parkı”nda yerləşən çay evində qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Abduləzim Mirzəyev icarə əsasında işlətdiyi çay evidnə ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.​