İspaniyada koronavirusdan bir gecədə 209 nəfər ölüb. “HaberGlobal”ın məlumatına görə, virusdan həyatını itirənlərin sayı 558-dən 767-yə qalxıb. İspaniya ərazisində koronavirusa yoluxanların ümumi sayı 17147 nəfərdir. Ən çox ölüm hadisəsi Madriddə qeydə alınıb – 355 nəfər.