Bunu Bizimyol.info-ya açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər bildirib. Ekspert deyib ki, avtomobil bazarında növbəti aylarda tələb və təklif artacaq: “Qiymət artımı ikinci əl avtomobil bazarında mövsümi xarakter daşıyır. Aprelin ortalarından bu artımı hiss edəcəyik”. E.Cəfərin sözlərinə görə, aprel ayından başlayan qiymət artımı bu ilin sonuna kimi davam edəcək.

A line of 2012 Ford Focus vehicles sit on display at the Uftring Automall in East Peoria, Illinois, U.S., on Friday, Jan. 27, 2012. Cars and light trucks sold at an average 13.4 million seasonally adjusted annualized rate in the final three months of 2011, the best since April-June 2008, figures from researcher Autodata Corp. show. Photographer: Daniel Acker/Bloomberg via Getty Images

Qeyd edək ki, ekspertlərin sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi devalvasiya ehtimalını artırır. Belə olan halda idxal olunan avtomobillərin qiymətində bahalaşma gözlənilən həddən çox ola bilər. Həmçinin böyük avtomobil markaları istehsal həcmlərini azaldırlar. Artıq “Toyota” və BMW Böyük Britaniyada istehsalı dayandırıblar.