Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edib. “Report” xəbər verir ki, beynəlxalq təşkilat bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmağa və həyatları xilas etməyə çağırıb. “Siz də təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın”, – müraciətdə qeyd olunub.