Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəlinin estafetinə martın 26-da start veriləcək.​ Apasport.az saytının məlumatına görə, Yaponiyanın Fukusime şəhərindəki açılış mərasimi azarkeşsiz keçiriləcək. Yaponiya hökuməti yerli əhalini məşəlin marşrutu ziyarət etməkdən imtinaya çağırıb. Buna koronavirus pandemiyası səbəb olub.​ Qeyd edək ki, martın 12-də Yunanıstandakı Qədim Olimpiyada baş tutan məşəlin alovlandırılması mərasimi də azarkeşsiz təşkil olunub. Buradakı estafet isə ümumiyyətlə ləğv edilib. Məşəlin martın 19-da Yaponiyaya verilməsi də tamaşaçısız keçiriləcək.