İran koronavirusun yayılmasının qarşısını almaq üçün 85 min məhbusu müvəqqəti olaraq azad edib. APA-nın “SkyNews”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın Ədliyyə Nazirliyinin sözçüsü Qulamhüseyin İsmayili deyib. “Sərbəst buraxılanların təxminən 50%-i təhlükəsizlik məsələlərinə görə cəza çəkənlərdir. Cəzaçəkmə müəssisələrində virusun yayılmasının qarşısını almaq üçün tədbirlər də görürük”.​ Sərbəst buraxılanların arasında siyasi məhbusların olduğu da bildirilib. Q.İsmayili sərbəst buraxılanların həbsxanaya nə vaxt qayıdacaqları barədə məlumat verməyib.