İtaliyanın “Sampdoriya” klubunun daha bir futbolçusu koronavirusa yoluxub. “Report”un məlumatına görə, bu, polşalı müdafiəçi Bartoş Bereşinskidir. 27 yaşlı Bereşinski Genuya təmsilçisinin koronavirus testi müsbət nəticələnən 7-ci oyunçusudur. Daha əvvəl Manolo Qabbyadini, Omar Kolli, Albin Ekdal, Morten Torsbyu, Antonio La Qumina və Fabio Dapaoliyə belə bir diaqnoz qoyulub. Beləliklə, İtaliyada koronaviruslu futbolçuların sayı 11-ə çatıb. “Sampdoriya”nın oyunçularından əlavə, “Yuventus”dan Daniele Ruqani, “Fiorentina”dan isə Duşan Vlahoviç, Patrik Kutrone və Xerman Pesselyadan da COVİD-19 vurusu tapılıb.