İspaniya Baş Naziri Pedro Sançesin həyat yoldaşı Begonia Qomez koronavirusa yoluxub. APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Monkloa sarayında baş nazirə yaxın insanların qanı təhlil edilib: “Təhlillərin nəticəsində Baş nazirin həyat yoldaşı Begony Qomezin koronavirusa yoluxduğu aşkarlandı”.​ Qeyd olunur ki, hazırda həm Qomez, həm də Baş nazirin vəziyyəti yaxşıdır. Onlar sarayda tibb işçilərinin nəzarəti altındadır.