İtaliyada tüğyan edən koronavirus təhlükəsi avtomobil istehsalına da böyük zərbə vurub. Ölkənin ən məşhur avtomobil markalarından olan “Ferrari” istehsalatı dayandırdığını açıqlayıb.

“Haber Global” məlumat verir ki, şirkət istehsala iki həftə ara verdiyini bildirib. Xatırladaq ki, bundan əvvəl “Volkswagen AG” və “Lamborghini” də bənzər qərarla çıxış etmişdilər.