Nazirlər Kabineti yanında Operativ Qərargah yeni məlumat yayıb. Operativ Qərargahdan verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən aşağıdakı istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır: 

  • 16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı; 
  • 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı; 
  • 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı; 
  • 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı; 
  • 24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı; 
  • 17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı; 
  • 17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja; 
  • 17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk; 
  • 17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq; 
  • 18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;
  • 17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.