Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov (Qurbanoğlu )Türkiyədə saxlanılıb.​ Bu haqda​ Türkiyənin​ “Sabah” qəzeti​ məlumat​ yayıb. Məlumata görə, İstanbul Prokurorluğunun FETÖ istintaqı çərçivəsində, bu gün İstanbul İqtisadi Cinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edilir ki, iş adamının evində axtarış aparılır. “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.​ Bu barədə​ APA-nın yerli bürosuna M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır. Mübariz Mənsimov Türkiyədə saxlanıldı, məlumatı köməkçisi təsdiqlədi.