Azərbaycanda toy mərasimlərinin keçirilməsi qadağan edilib. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.​ Qeyd olunub ki, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla).

Eyni zamanda dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub.