“Azərbaycan Yazıçılar Birliyi (AYB) koronavirus pandemiyasından qorunmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirəcək”. Bunu “Report”a açıqlamasında AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev deyib. O bildirib ki, martın 16-dan etibarən birliyin fəaliyyəti məhdudlaşdırılacaq. “Bəzi əməkdaşların, xüsusilə də yaşlı üzvlərin işə gəlməyinə məhdudiyyət qoyulacaq”, – A.Rzayev vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiq olunması barədə qərar qəbul edib.