TASS-ın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyinin sözcüsü Kiyanuş Cahanpur açıqlayıb.

İranda COVID-19-a ümumilikdə 12729 nəfərin yoluxduğu bildirilir. 611 nəfər isə bu virusdan ölüb. Qeyd edək ki, İran ərazisində koronavirus fevralın 19-dan yayılıb. Virusun yayılması səbəbindən bütün İran məktəbləri mart ayının sonunadək bağlanıb, bir çox ölkələr İran İslam Respublikası ilə əlaqələrini məhdudlaşdırıblar.