ABŞ-da qeydə alınan yeni növ koronavirusa yoluxma hallarının sayı 2033-ə çatıb, 47 nəfər bu virusdan ölüb. APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “CNN” telekanalı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzin məlumatlarına istinadən məlumat yayıb. Telekanal bundan əvvəl ABŞ-da koronavirusa yoluxma hallarının sayının 1920-yə çatması, 41 adamın ölməsinə dair məlumat vermişdi. Hazırda isə, “CNN”-in məlumatına görə, ölkəyə qayıdan 70 amerikalıda, həmçinin 48 ştatın və Kolumbiya şəhər bölgəsinin 1963 sakinində koronavirus aşkar edilib.