“Barselona”nın və Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Ronaldinyo Paraqvayda futbol üzrə həbsxana turnirində iştirak edib və komandasına qələbə qazanmasına kömək edib.

Lenta.ru-nun məlumatına görə, bu barədə jurnalist Santyaqo Ravildas özünün “Twitter” hesabında məlumat verib. Həlledici görüşdə 39 yaşlı Ronaldinyonun komandası 11:2 hesabı ilə qalib gəlib. O, komandanın vurduğu hər qolda iştirak edib. Futbolçunun beş qolu və altı məhsuldar ötürməsi var. Daha əvvəl xəbər verilmişdi ki, turnirin əsas mükafatı 16 kiloqramlıq donuzdur. Xatırladaq ki, martın 7-də Paraqvay Məhkəməsinin qərarı ilə Ronaldinyo həbs edilib. Belə ki,  məşhur idmançı, eləcə də onun qardaşı və agenti Roberto de Assis Moreyrin nömrəsində saxta şəxsiyyət vəsiqələri tapılıb. İdmançının vəkili Adolfo Marin Folye bildirib ki, Ronaldinyonun ona saxta sənədlərin verildiyindən xəbəri olmayıb.