Gültəkin Hacıbəyli: Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik kakimiyyəti ilə iş şöbəsinin rəhbəri Ədalət Vəliyevdən görüş təklifi aldım. Sabiq deputat, Milli Şuranın liderlərindən olan Gültəkin Hacıbəyli dəvətə münasibətini bu cür bildirib:​”Bu təklifi həm Milli Şuranın sədri, hazırda ABŞ-da elmi ezamiyyətdə olan professor Cəmil Həsənli ilə, həm də Milli Şuranın Koordinasiya Mərkəzində dostlarla dəyərləndirdik.Konseptual olaraq iqtidar və müxalifət arasında siyasi dialoq ideyasını dəstəklədiyimizi bildirdim. Lakin bu görüşlər imitasiya xarakterli deyil, real dialoqun gerçəkləşməsinə xidmət etməlidir. Digər tərəfdən, görüşlər Prezident Administrasiyasının şöbə müdiri ilə deyil, siyasi hakimiyyətin siyasi qərarların qəbuluna təsir etmək səlahiyyəti və imkanı olan yüksək təmsilçilərilə keçirilməlidir. Milli Şura olaraq düşünürük ki, çox ağır problemlərlə yüklənmiş ölkənin iqtidarı ilə müxalifəti ilk öncə aşağıdakı mövzularda müzakirə aparıb ölkənin taleyüklü problemlərinin həllinə çalışmalıdır: 1. Siyasi məhbusların azad edilməsi; 2. Sərbəst toplaşma azadlığının təmin edilməsi”-deyə, o, əlavə edib.​O, daha sonra deyib: “3.Seçki islahatları; 4. Yeni parlament seçkilərinin keçirilməsi; 5. Qarabağ və Təhlükəsizlik sahəsində mövcud təhlükələr və təhdidlər.Dialoq bərabərhüquqlu tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan sivil ünsiyyət modelidir. Dialoqu aparan tərəflərin birinin əlləri qandallıdırsa, digəri isə polis dəyənəyi ilə əli qandallı tərəfi təhdid edirsə, belə dialoq olmur. Tərəflərin bir-birinə əl uzatması üçün ən azı qandallar açılmalıdır…Üzləşdiyimiz bütün təzyiq və təqiblərə baxmayaraq biz ölkəmizin və xalqımızın ali maraqlarından çıxış edərək yuxarıda qeyd edilən mövzular ətrafında Azərbaycan hakimiyyətilə siyasi dialoqa açığıq”.