“Koronavirus pandemiyasından (COVID-19) ölən  şəxsin xüsusi dəfn qaydasına ehtiyac yoxdur”. Мəlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyində koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökumətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın yekunlarına dair keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib. O qeyd edib ki, onlar adi qaydada dəfn olunurlar: “Bu xəstəlik hava-damcı yolu ilə yayılır”.