Bu barədə informasiyanı Braziliyanın yerli “O dia” nəşri yayıb. Prezidentin oğlu Eduardo Bolsonaro atasının səhhətinin normal olduğunu, yalnız testin nəticəsinin müsbət çıxdığını deyib.  Qeyd edək ki, bundan əvvəl Braziliya Prezidentinin mətbuat katibi ABŞ-a səfərdən qayıtdıqdan sonra virusa yoluxmuşdu.  Hazırda Braziliyada 76 virusa yoluxma halı təsdiqini tapıb. Əslində isə xəstələrin sayının mindən çox olduğu bildirilir.