“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) və “Buta Airways” aviaşirkətinin bütün reyslərinə rəsmiləşdirilən aviabiletlərin dəyişdirilməsi şərtləri açıqlanıb. AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, qlobal səviyyədə koronavirus infeksiyası COVID-19 yoluxma hallarının artması ilə yaranan epidemioloji vəziyyəti və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında​ ​ operativ qərargahının məlumatlarını nəzərə alaraq, AZAL və “Buta Airways” aviaşirkətinin bütün reyslərinə rəsmiləşdirilən aviabiletlər, sərnişinin 31 mart 2020-ci il tarixinədək müraciətinə əsasən aşağıdakı şərtlərə əməl olunaraq cəriməsiz dəyişdirilməsinə icazə verilir.

Məlumata əsasən, biletlərin deyişdirilməsi şərtlər bunlardır: yeni rəsmiləşdirilmiş aviabiletlərin ilk uçuş tarixi ən gec 31 dekabr 2020-ci il tarixinədək yerinə yetirilməlidir, rəsmiləşdirilən aviabiletlərin dəyişdirilməsi zamanı tətbiq olunan tarifin maksimal etibarlılıq müddəti nəzərə alınaraq tətbiq olunur: “Buta Airways” aviaşirkətinin reyslərinə “Büdcə” tarifi ilə rəsmiləşdirilən aviabiletlər dəyişdirilmə zamanı maksimal etibarlılıq müddəti 31 dekabr 2020-ci il tarixi olmalıdır; ər aviabilet bronlaşdırma sistemində istənilən tarixə eyni bronlaşdırma sinfi mövcud olduğu halda cəmi bir dəfə cərimə tətbiq olunmadan dəyişdirilə bilər, eyni bronlaşdırma sinfi mövcud olmadıqda siniflər arasındakı tarif fərqi sərnişin tərəfindən ödənilməlidir.