Almaniya Bundesliqasının oyunları təxirə salınıb. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Almaniya Futbol Assosiasiyası tvitter səhifəsi vasitəsilə yayıb. Koronavirus epidemiyası təhlükəsini nəzərə alan qurum əsas Bundesliqa ilə yanaşı, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da çıxış etdiyi Bundesliqa II-də mübarizə dayandırılıb. Aprel ayının 2-dək bu liqalarda oyunlar keçirilməyəcək.​

Qeyd edək ki, koronavirus xəstəliyinin sürətlə yayılması səbəbindən Avropanın bir çox ölkəsində çempionat təxirə salınıb.