Maraqlıdır ki, filmdə də​ ​ ölümcül​ virus Çindən yayılır və planet onun əlində aciz qalır…

Korona​ virusu epidemiyası sürətlə​ ​ yayılmaqda davam edərəkən​ , 9 il əvvəl çəkilmiş​ ​ bir film yenidən gündəmə gəldi.​ Baş rolları​ ​ Mett Deymon, Cud Lav​ ​ və Qvinet Peltrou kimi məhşur aktyorların oynadığı​ “Contagion”(Yoluxma) filmi​ sirli epidemiyaya həsr edilmiş və ​ korona epidemiyası ilə oxşarlığı səbəbindən hazırda​ ABŞ-da Apple play marketlərindən ən çox yüklənən filmlərdən biri durumundadır.​ ​

Bu filmi​ lentə alan prodüser şirkəti olan​ Warner Bros yetkililəri​ , korona virusunun görünüşündən əvvəl filmin kataloqlarda 270-cı sırada növbə içində olduğunu və virusun çıxmasından sonra şirkətin ən çox axtarılan filmlərindən birinə çevrildiyini söylədi. Filmin hazırda populyarlaşmasının səbəbi korona virusu epidemiyası ilə oxşarlıqdır.

Filmdə bir biznes – ledini canlandıran Qvinet Peltrou, Çinə səyahət edərkən yoluxduğu sirli və ölümcül virus nəticəsində həyatı ilə vidalaşmağa çox yaxınlaşır. Çindən tutulan bir virus səbəbiylə epidemiyanın yayılması korona virusu ilə onların arasındakı oxşarlıqlardan yalnız biridir.​Filmin ssenari müəllifi Scot​ Z. Burns bunun sadəcə təsadüf olduğunu söyləyir.​​