Avropa Liqasının 1/8 final mərhələsinin daha 3 oyunu koronavirus xəstəliyinin yayılması səbəbindən azarkeşsiz keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bunlardan ikisi ilk, biri isə cavab matçlarına təsadüf edəcək. UEFA sabah baş tutacaq LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) və “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) qarşılaşmasına azarkeşlərin buraxılmasını qadağan edib. Həmçinin martın 19-da Almaniya “Bayer”i ilə Şotlandiya təmsilçisi “Reyncers” arasında Leverkuzendəki cavab qarşılaşması da boş tribunalar önündə oynanılacaq. Qeyd edək ki, UEFA sabah keçirilməsi nəzərdə tutulan “İnter” – “Xetafe” və “Sevilya” – “Roma” oyununu təxirə salıb.