İspaniyada COVID-19-dan ölənlərin sayı 84-ə çatıb. “HaberGlobal”ın məlumatına görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi xəbər yayıb. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib. Bununla belə, ÜST-ün baş direktoru Tedros Adanom Gebreisus koronavirusun nəzarət edilməsi mümkün olan qlobal infeksiya olduğunu açıqlayıb. O, Cenevrədə diplomatlara verdiyi açıqlamada “əgər ölkələr virusla mübarizə üçün tədbir görərlərsə, COVID-19-a nəzarət etmək mümkündür” deyib.