Rusiya prezidentinin baş cangüdəni, RF milli qvardiyasının baş komandiri , general —​ polkovnik Viktor Zolotovun ali təhsili olmadığı haqda ölkənin müxalif​ mediasında​ xəbər​ yayılıb. Əslində onun bioqrafiyasını əks etdirən materiallarda onun ali təhsilli olması haqda məlumat yoxdur. Vaxitlə keçmiş prezindent Boris Yeltsin və Peterburq meri Anatoli Sobçakın mühafizəsində işləmiş V. Zolotovun​ ​ bu mövqeyə, ​ yüksək hərbi titula layiq görülən​ generalın hələ 90 —​ cı illərdən Rusiya prezidenti Vladimir Putinlə dost olması məsələyə aydınlıq gətirir. Xatırladaq ki, Viktor Zolotov bir​ müddət Rusiya daxili işlər nazirinin birinci müavini və Daxili Qoşunların komandanı da olmuşdur.​