Dünyada tüğyan edən koronavirusa yoluxmanın qarşısının alınması üçün əlləri tez-tez yumaq məsləhət görülür. Avstraliyada bu barədə vətəndaşlara qeyri-adi formada xatırlatma edilib. Sidney səmalarında “Wash hands!” (“Əllərinizi yuyun!”) yazısı görünüb. Bu barədə tvr.by saytı kadrlar yayıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) azı 20 saniyə əlləri yumağı tövsiyə edir.