İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib. ​”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) “Report”a verilən məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar.​​Bildirilib ki, onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb:​ “Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir. Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcəkdir”.