Prezident İlham Əliyev martın 12-də görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə Mədəniyyət Nazirliyinə tapşırılıb.