Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Qəzənfər oğlu Zeynalov vəzifəsindən azad edilib. Report-un məlumatına görə, rayonun icra başçısı Vaqif Həsənov bununla bağlı müvafiq əmr imzalayıb.  Ağdam Rayon İcra Hakimiyyətində bu vəzifəyə hələlik təyinat olmayıb.