Van Qoqun “Kəndli evi ilə peyzaj” tablosu 15 milyon avroya satılıb. APA-nın “RİA” Novostiyə istinadən verdiyi xəbərə görə, sövdələşmə Niderlandın Maastrixt şəhərində keçirilən TEFAF incəsənət və antikvar sərgisində baş tutub. 1885-ci ildə çəkilən tablo 1967-ci ildə kənd yarmarkasında 4, bir il sonra isə Londonda 45 funta satılıb. 1970-ci ildən başlayaraq şəkil dörd dəfə Sotbis hərracına çıxarılıb. 2001-ci ildə təşkil edilən sonuncu hərracda isə 1.7 milyon dollara ABŞ vətəndaşı tərəfindən əldə edilib.​ “Kəndli evi ilə peyzaj” tablosu şənbə günü açılan sərginin ən bahalı əşyası olub.​ Qeyd edək ki, TEFAF incəsənət və antikvar sərgisi martın 15-dək davam edəcək.