Ötən 24 saat ərzində İranda 63 nəfər koronavirusdan həyatını itirib. “Anadolu” xəbər agentliyinin məlumatına görə, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibliyindən bildirilib. İranda koronavirusdan ölənlərin sayı 354 nəfərə çatıb. Ümumilikdə ölkə ərazisində 9000 adamın kronavirusa yoluxduğu bildirilir. 3000-ə yaxın insan isə koronavirusdan sağalaraq evə buraxılıb.