Fransanın Azərbaycandakı səfirliyində 11 mart terror qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. APA-nın xəbərinə görə, anım mərasimində Fransa səfiri Zakari Qros, Azərbaycanın hökumət nümayəndələri, fransız ictimaiyyəti, yerli media nümayəndələri və diplomatik korpusun üzvləri iştirakı ediblər. Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib ki, 2004-cü il mart ayının 11-də Madriddə ən qanlı terror aktını yad edən Avropa anım gününə paralel olaraq, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, hər il 11 mart tarixində terror qurbanların xatirəsini yad etmək üçün hüzn günü elan etmək qərarını verib.​