Türkiyəni keçmiş baş nazir müavini və maliyyə naziri, hazırkı prezident R.T.Ərdoğanın ən yaxın adamlarından hesab edilən Əli Babacan bu gün qurucusu olduğu siyasi partiyanı ictimaiyyətə təqdim etdi. Partiyanın adı Demokratiya və Atılım(qısaca DEVA) olacaq. Partiyanın yaranması ilə hakim Ədalət və İnkişaf Partiyasının zəifləməsi gözlənilir. Belə ki, minlərcə narazı və islahatçı üzvlərin Əli Babacanın ətrafında birləşəcəyi ehtimal edilir. Xatırladaq ki, ötən ilin sonunda Ərdoğanın daha bir silahdaşı keçmiş xarici işlər naziri, bir müddət hakim partiya olan ƏKP —​ yə də sədrlik etmiş Əhməd Davudoğlu da ayrılaraq, Gələcək Partiyasını qurmuşdu.​